Binaların və obyektlərin bilavasitə tikintisinə qədər memarlıq layihəsininin hazırlanması həyata keçirilməlidir. Lahiləndirmə xidmətinə memarlıq, konstruktiv, texnologiya, mühəndislik həmçinin dizayn işləri də daxildir.

Bizim şirkətin kollektivi geniş təcrübəsi olan ixtisaslı peşəkarlardan ibarətdir –memarlar, mühəndislər, dizaynerlər, hansılar ki, yüksək keyfiyyət və zəmanətlə obyektlərin layihələndirilməsini yerinə yetirirlər. Biz yaşayış, sənaye, turizm, əyləncə təyinatlı obyektlərin layihələrini, həmçinin ticarət, təhsil və səhiyyə üzrə olan layihələri hazırlayır, daha da inkişaf etdiririk. Həmçinin yaşayış massivlərinin və rayonların, az mərtəbəli binaların, çoxmərtəbəli avtodayanacaqların və s. məkanlarınkompleks planlaşdırması üzrə də xidmət göstəririk.

Bu işlər bir neçə mərhələdə həyata keçirilir.

I Mərhələ

Bu texniki tapşırığın hazırlanmasıdır. Burada sifarişçiylə ünsiyyət çox vacibdir. Layihə üzrə sifarişçinin tövsiyələri və tələbləri dinlənilir, nəticəyə görə obyektin ümumi memarlıq görünüşü tərtib edilir.

II Mərhələ

Layihənin eskiz planlaşdırması zamanı gələcək tikilinin yeri tədqiq olunur, konstruktiv və memarlıq layihəsi hazırlanır, bütün lazımlı sənədləşmə və obyektin kompüter modeli işlənir və tədqim edilir.

III Mərhələ

Bu mərhələ işçi sənədləşməsi də daxil olmaqla layihənin son hazırlanma mərhələsidir. Əldə olunan nəticələrlə sifarişçi öz seçimi ilə tikinti şirkətinə müraciət edə və dərhal binanın tikintisinə başlaya bilər.

Biz Bakıda və Azərbaycanın digər regionlarında həmçinin ölkədən xaricdə bütün tikinti norma və qaydalarına riayət etməklə binaların və tikintilərin planlaşdırılmasını yerinə yetiririk.