Hələ layihənin sənədləşməsində, onun hazırlamasında qeyri-dəqiqliklərdən qaçmaq üçün ilkin mərhələdə maketlər hazırlanır. Bu memarın fikrini bütünlükdə anlamaq və təsəvvür yaratmağa yardımcı olur. Bununla yanaşı, olduqca tez- tez şirkətlər uğurlu rekam prototipi olaraq maketə əl atırlar, çünki peşəkarcasına hazırlanmışhətta ən gözəl buklet və ya məlumat vərəqəsi auditoriayaya profesional şəkildə təsir edə bilməz. Sənaye maketləri, ticarət obyektlərinin miniatürləri və ya yaşayış komplekslərinin maket nümunələri fasad haqqında, obyektlərin daxili planlaşdırması, infrastruktur, ərazinin yaşıllaşdırılması variantları və s.haqqında potensial alıcıdadolğun təsəvvür yaradır. Bizim şirkətimiz bir necə ildir ki maket hazırlama xidməti fəaliyyəti ilə məşqul olur. Maketlərin hazırlanması sahəsində biz xeyli təcrübə toplaya bilmişik, peşəkar komandamızla memarlıq və sənaye nümunələri yaratmaq üçün yaradıcı və texniki potensiala malikik.Hazırda bizim model emalatxana aşağıdakı növ maketlərin hazırlanması ilə məşğul olur: Memarlıq, planlaşdırma, sənaye, hədiyyə, konseptual və təqdimat maketləri.Bizyaşayış binalarının, ticarət mərkəzlərinin, teatrların və stadionların həmçinin mikrorayonların və sənaye komplekslərinin maketini istehsal edirik. Maketlər istənilən ölçüdə, miqyasda və mürəkkəblikdə yaradıla bilər.

Şirkətə potensial müştərilərin diqqətini cəlb etmək üçün ən geniş yayılmış üsullardan biri, mallara və ya xidmətlərə təklif edilən parlaq və orijinal lövhə və ya stendlər olur. Əgər siz sərgi və ticarət pavilyonlarında iştirak etmək niyyətindəsinizsə o zaman siz yaxşı dizayn olunmuş stendsiz keçinə bilmərsiniz. Bizim şirkətimiz, uzun illər bu istiqamətdə çalışdığı üçün, istənilən çətinlikdə olan lövhələri, stendləri keyfiyyətlə hazırlayacaq. Bizim əməkdaşlarımızın yüksək peşəkarlığı ən yaradıcı ideyaları reallaşdırmağaimkan verir.Biz stendlərin, lövhələrin bütün konstruksiyasını unikal şəkildə və eyni zamanda firma üslubuna, sifarişçinin tələblərinə uyğun tərzdədizaynını hazırlaya bilərik. Hər bir dizaynı fərdi şəkildə işlənir.